RU

“Ramştayn” formatında 30-cu iclasın tarixi və məkanı açıqlanıb

Ukraynanın müdafiəsi üzrə Əlaqə Qrupunun (“Ramştayn” formatı) 30-cu iclası sentyabrın 9-da Londonda keçiriləcək.

APA xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi Ukrayna mediasına məlumat verib.

Alman nazirliyinin sözçüsü bildirib ki, Londondakı “Ramştayn” iclası “qarışıq formatda” keçiriləcək, lakin gündəlik hələ açıqlanmır.

Qeyd edək ki, “Ramşteyn” formatı 2022-ci ilin martında ABŞ tərəfindən Ukraynaya hərbi yardımın koordinasiyası üçün 50-dən çox ölkənin iştirak etdiyi platforma kimi yaradılıb.

Избранный
5
2
apa.az

3Источники