RU

Cənubi Koreya hərbi xərcləri artırır

BAKI, 26 avqust. TELEQRAF

Cənubi Koreya Prezidenti Li Çje Myon hərbi xərcləri artırmağa hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, ölkə başçısı bunu Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin forumunda çıxışı zamanı deyib.

Ölkə rəhbəri bildirib: "ABŞ Prezidenti Donald Trampla birlikdə milli maraqlar ətrafında qurulmuş praqmatik ittifaqın yeni səhifəsini açmağa hazıram. Cənubi Koreya dövləti Koreya yarımadasında təhlükəsizliyin təmin edilməsində daha böyük rol oynayacaq.

Birincisi, biz hərbi xərclərimizi artıracağıq. Bu xərclər Cənubi Koreya ordusunu gələcək müharibələrə qarşı mübarizə aparmaq üçün “ağıllı orduya” çevirmək üçün istifadə olunacaq".

Qeyd edək ki, avqustun 25-də Vaşinqtonda ABŞ və Cənubi Koreya prezidentləri arasında danışıqlar olub.

Избранный
41
1
teleqraf.com

10Источники