Elm və texnikanın sürətlə inkişafı, insanların tənbəlləşməsi, kompüter qarşısında saatlarla hərəkətsiz zaman keçirməsi bir sıra xəstəliklərin, xüsusən də boyun osteoxondrozunun artmasına səbəb olur. Həkim-fitoterapevt Fizuli Hüseynov boyun osteoxondrozu barədə AZƏRTAC-a müsahibəsində deyib: "Baş-beyin orqanizmi idarə edən orqan olduğuna görə osteoxondroz nəticəsində onun qan dövranının zəifləməsi bütün bədənin işini pozur. Osteoxondroz nə qədər ağırlaşırsa, beyin qan dövranının pozulması əlamətləri-başgicəllənmə, ağrı, keyimə kimi hallar da o qədər çoxalır. Bəzən başgicəllənmə o dərəcəyə çatır ki, xəstə yolu düz gedə bilmir, başağrısı gün boyu davam edir. Boyun osteoxondrozunun daha da ağırlaşması nəticəsində bütün bədəndə, əsasən də ayaq və qollarda hissiyyatsızlıq və keyimə halları meydana çıxır".Saglamolun.Az