RU

Akademik Zemfira Səfərovanın təqdimatında: "Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli"

Bakı. Trend:

Bu günlərdə akademik Zemfira Səfərovanın "Azərbaycan musiqisininpatriarxı Üzeyir Hacıbəyli" kitabı rus dilində işıq üzü görüb.

Trend-inməlumatına görə, böyük sənətkarın 140 illik yubileyinə həsr olunanbu kitab hələ sovet dövründə - 1973-cü ildə Moskvada dərc olunan“Üzeyir Hacıbəylinin musiqi-estetik görüşləri” monoqrafiyasınınyenilənmiş nəşridir.

Həmin kitab dahi bəstəkarın irsinin araşdırılması və dünyadatanıdılması istiqamətində böyük elmi-mədəni məxəz hesab olunub.

Azərbaycan musiqişünaslığında Hacıbəylinin estetik nəzəriyyəsiayrıca monoqrafiya kimi “Üzeyir Hacıbəylinin musiqi-estetikgörüşləri” kitabında ilk dəfə bütöv halda təqdim edilmişdi. Həminvaxt kitaba böyük bəstəkar Qara Qarayevin ön söz yazması isə sovetelmi-mədəni mühitində böyük maraqla qarşılanmışdı.

Qara Qarayev Üzeyir Hacıbəyli irsinin belə sanballıaraşdırmalarla təqdim olunmasının mühümlüyünü qeyd edərək yazırdı:“Zemfira Səfərovanın xüsusi xidməti ondadır ki, o, bəstəkarınmusiqi əsərlərinin təhlili ilə məhdudlaşmır, həm də onun elmiəsərlərinin və məruzələrinin, ədəbi əsərlərinin, məqalələrinin,felyetonlarının, müxtəlif müzakirələrdə çıxışlarının təhlilinəgeniş yer ayırır. Onu da əlavə edək ki, müəllif müəyyən bir dövrüntarixi-ictimai şəraitini hərtərəfli tədqiq edir, Üzeyir HacıbəyliniAzərbaycan xalqının görkəmli mütərəqqi maarif xadimləri sırasındatəqdim edir. Problemə bu cür çoxşaxəli yanaşma kitabın əsasmüddəalarını dəqiq və inandırıcı edir”.

Qeyd edək ki, elmə gəldiyi gündən indiyədək təkcə Azərbaycanda dərcolunan kitabları ilə deyil, həm də dünyanın müxtəlif elmi konfransvə simpoziumlarında çıxışları, məruzələri ilə Üzeyir bəy irsinitəhlil və təbliğ edən akademik Zemfira Səfərovanın sözügedən kitabıyeni nəsil elm və sənət camiəsinin böyük bəstəkarı, onun musiqidünyamız üçün gördüyü misilsiz işləri anlamaq, öyrənmək yolundamühüm elmi mənbədir.

Избранный
30
3
az.trend.az

4Источники