Bakı. Trend:
Portuqaliya millisinin sabiq futbolçusu Uqo Almeydanın yeni işyeri məlum olub.
Trend xəbərverir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, Türkiyənin 1-ci liqa təmsilçisi “Hatayspor”a baş məşqçi təyinedilib. Mütəxəssislə razılaşmanın detalları hələlikaçıqlanmayıb.
Bu, Almeydanın baş məşqçi kimi ilk işi olacaq. O, buna qədərPortuqaliyada "Akademika", İranda "Sepehan" və Türkiyədə "Bodrum"klubunda köməkçi məşqçi kimi çalışıb.
Qeyd edək ki, Uqo Almeyda futbolçu karyerasında “Portu”,“Beşiktaş”, “Hannover” kimi klublarda çıxış edib. O, Portuqaliyayığmasında 57 oyunda 19 qol vurub.