Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Macarıstanın "Ferentsvaroş" futbol klubu "Qarabağ"ın daha bir futbolçusunu hədəfə alıb.
Oxu.Az azerisport.com-a istinadən xəbər verir ki, klub yarımmüdafiəçi Marko Yankoviçlə maraqlanır. Macarlar ötən qışdan onu kluba cəlb etmək üçün addımlar atsalar da, Yankoviç "Qarabağ"da qalmağa üstünlük verib. "Ferentsvaroş"un monteneqrolu yarımmüdafiəçi üçün yeni təkliflə çıxış edəcəyi gözlənilir.
Maraqlıdır ki, bu komandalar hazırda Çempionlar Liqasının pley-off mərhələsində rəqibdirlər.
Xatırladaq ki, bu ilin əvvəlində "Ferentsvaroş" hazırda zədə səbəbindən çıxış etməyən "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Julio Romaonu komandaya cəlb edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.