"Real"ın futbolçusu Rodriqo klubdan ayrılmaq istəyir.
QOL.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb.
24 yaşlı hücumçu agentlərdən bu yay ona yeni klub tapmağı xahiş edib.
"Real"ın vingeri braziliyalının ətrafının Madrid klubunda qalmaq istədiyini bildirməsinə baxmayaraq, təmsilçiləri Pini Zahavi və Kia Joorabçiandan karyerası üçün mümkün variantları araşdırmağı xahiş edib.
Əlavə edək ki, Rodriqo 2019-cu ildən Madrid klubunun formasını geyinir.