Hurriyyet.az xəbər verir ki, İsrail ordusu Qəzza bölgəsinin cənubunda yerləşən "Naser" xəstəxanasına zərbə endirilməsi nəticəsində dinc sakinlərin ölməsindən təəssüfləndiyini bildirib. Baş qərargah rəisi ilkin araşdırma aparılması barəsində göstəriş verib.
SAXAL-ın açıqlamasında dinc sakinlərin itkisinin minimallaşdırılmasına çalışdıqları bildirilir.
"Əl Cəzirə" telekanalının məlumatında 19 nəfərin həlak olduğu, onlardan 5 nəfərinin jurnalist olduğu bildirilir.
Hürr Tərcüman