RU

Hindistanda güclü musson yağışları 298 nəfərin həyatına son qoyub  

Hindistanın Himaçal-Pradeş ştatında güclü musson yağışları nəticəsində ölənlərin sayı 298 nəfərə çatıb. “Hindustan Times” qəzetinin məlumatına görə, iyun ayından sentyabr ayına kimi Cənubi Asiyanı əhatə edən musson mövsümü xeyli sayda insan və maddi itkilərə səbəb olmaqda davam edir. 

Səlahiyyətlilər iyunun 20-dən bəri daşqınlar, sürüşmələr və yol qəzaları nəticəsində 298 nəfərin öldüyünü bildirib.

Yağışlar infrastruktura da ziyan vurub. Belə ki,  482 yol bağlanıb, 941 transformator və 95 magistral su xətti sıradan çıxıb.

Eyni zamanda, leysan yağışlar ölkənin cənub-şərqindəki Andhra Pradeş ştatında da qeyri-adi hadisəyə səbəb olub. Yerli sakinlər və qonaqlar yağışların üzə çıxardığı qiymətli daşları tapmaq üçün çoxlu sayda almaz tapılan əraziləri araşdırmağa başlayıblar. Bu “xəzinə ovu” bölgədə musson ənənəsinə çevrilib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Избранный
17
azerbaijan-news.az

1Источники