RU

“PAŞA Bank” işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə dəstəyini davam etdirir (FOTO)

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsiistiqamətində həyata keçirilən mühüm layihələrə verdiyi dəstəyidavam etdirir.

Bu il Bank Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə(ANAMA) daha iki xüsusi təlim keçmiş minaaxtaran iti ianə edib.Belçika Malinuası cinsinə məxsus, “Inam” və “Ümid” adları verilmişitlər beynəlxalq standartlara uyğun xüsusi təlim proqramını uğurlatamamlayıb və yaxın günlərdə Füzuli rayonunda minalardan təmizləməəməliyyatlarında iştirak edəcəklər.

İdarə Heyətinin sədri, baş icraçı direktor Cavid Quliyevinsözlərinə görə, “PAŞA Bank” ölkəmizin aparıcı korporativ bankıolaraq yalnız iqtisadiyyatın inkişafına töhfə verən maliyyəxidmətləri ilə deyil, həm də cəmiyyətimiz üçün strateji əhəmiyyətdaşıyan sosial layihələrə dəstək göstərməklə fəxr edir.

“İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi,yenidən canlanaraq inkişaf və tərəqqi ilə çiçəklənməsi mühümaddımdır. İnanırıq ki, məsuliyyətli korporativ vətəndaş kimireallaşdırdığımız bu təşəbbüs Azərbaycanın daha təhlükəsiz,dayanıqlı və rifahlı gələcəyinin qurulmasına töhfə verəcək”, -deyə, C.Quliyev bildirib.

ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov “PAŞABank”ın humanitar minatəmizləmə fəaliyyətinə verdiyi dəstəyinxüsusi əhəmiyyətini vurğulayıb.

“İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və keçmişməcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışıistiqamətində görülən humanitar minatəmizləmə fəaliyyətinə verdiyidəstəyə görə “PAŞA Bank”a minnətdarıq. Bu prosesdə minaaxtaranitlərin tətbiqi ən səmərəli üsullardan biridir”, - deyə, S.Poladovqeyd edib.

Xatırladaq ki, “PAŞA Bank” həmçinin 2021-ci ildə ANAMA və ABŞ-ınMarşal İrsi İnstitutu (MLI) arasında imzalanmış Anlaşma Memorandumuçərçivəsində Azərbaycana xüsusi təlim keçmiş 30 minaaxtaran itingətirilməsinə də töhfə verib.

“PAŞA
“PAŞA
“PAŞA
“PAŞA
Избранный
23
6
az.trend.az

7Источники