RU

AQTA sədri sahibkarların müraciətlərini dinləyəcək

Bakı, 25 avqust, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri (AQTA) Qoşqar Təhməzli avqustun 28-i saat 15:00-da agentliyin inzibati binasında qida sahəsində fəaliyyət göstərən sahibkarların müraciətlərini dinləyəcək.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə,qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və digər sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı agentlik sədri ilə görüşə bilərlər.

Görüşdə iştirak etmək istəyənlər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Избранный
152
8
azertag.az

9Источники