RU

Ərdoğan Çaldıran döyüşündən danışdı

BAKI, 25 avqust. TELEQRAF

“Malazgird zəfəri tarixin ən şərəfli səhifələrindən biridir”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgird savaşının 954-cü ildönümü ilə bağlı çıxışında deyib.

“Şəhidlərimizin uğrunda canlarını fəda etdikləri bütün dəyərləri son nəfəsimizə qədər qorumağa, ucaltmağa və müdafiə etməyə davam edəcəyik. Məzlumlara və dostlarımıza ümid, düşmənlərimizə qorxu bəxş edən birliyimizi bundan sonra da möhkəm şəkildə qoruyacağıq. Tarix türklərin, kürdlərin və ərəblərin birləşərək ortaq məqsədlərə doğru birlikdə hərəkət edərkən həm daxildə, həm də xaricdə uğur qazandıqlarına dair nümunələrlə doludur. İstanbul bu ruhla fəth edildi, Gelibolunu keçilməz edən bu ruh idi, milli mübarizəyə qələbə qazandıran da məhz bu ruh idi”, - prezident bildirib.

R.T.Ərdoğan çıxışında Osmanlı və Səfəri imperiyaları arasında 1514-cü ildə baş vermiş Çaldıran döyüşünü də xatırladıb:

“Malazgird zəfərindən Çaldıran döyüşünə qədər bu vətənin, bu əziz xalqın istiqlalı və gələcəyi uğrunda canlarını qurban vermiş şəhid və qazilərimizi rəhmətlə yad edirəm. Biz bütün dəyərlərimizi qorumağa və ucaltmağa davam edəcəyik”.

Избранный
25
3
teleqraf.com

4Источники