RU

Bakının bu rayonunda qaz təchizatı dayandırıldı

Binəqədi rayonu, Binəqədi şosesində tikinti təşkilatı tərəfindən qazıntı işləri aparılan zaman qaz xətti zədələnib. Bu səbəbdən bu gün saat 10:15-dan etibarən qaz təchizatı dayandırılıb.

Bu barədə Publika.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, hazırda təmir-bərpa işləri aparılır. Binəqədi şosesinin, Biləcəri qəsəbəsinin, Ordubadi küçəsinin, Baksol massivinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Избранный
75
47
publika.az

10Источники