RU

İşə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kitabxana müdiri/kitabxanaçı, həmçinin məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, qeyd edilən vəzifələr üzrə müsabiqənin test imtahanı mərhələsində uğur qazanmış namizədlərə müsahibənin keçiriləcəyi məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə göndərilib.

Müsahibə mərhələsində namizədlərin peşəkar keyfiyyətləri müvafiq komissiya tərəfindən yoxlanılır.

Müsahibənin nəticələri barədə namizədlərə qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə məlumat veriləcək.

Избранный
10
23
azedu.az

10Источники