RU

Kitabxana müdiri vəzifələrinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başlayıb

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsilmüəssisələrində kitabxana müdiri/kitabxanaçı, həmçinin,məktəbəqədər təhsil müəssisələrində təsərrüfat müdiri vəzifələrinəişə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.

Trend xəbərverir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, qeyd edilən vəzifələr üzrə müsabiqənin testimtahanı mərhələsində uğur qazanmış namizədlərə müsahibəninkeçiriləcəyi məkan və vaxt barədə məlumat qeydiyyatdan keçdiklərimobil nömrəyə SMS vasitəsilə göndərilib.

Müsahibə mərhələsində namizədlərin peşəkar keyfiyyətləri müvafiqkomissiya tərəfindən yoxlanılır.

Müsahibənin nəticələri barədə namizədlərə qeydiyyatdankeçdikləri mobil nömrəyə SMS vasitəsilə məlumat veriləcək.

Məqalədə:
Избранный
20
27
az.trend.az

10Источники