RU

Mirzoyan Ermənistan səfirləri ilə Vaşinqton razılaşmalarının icrasını müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan xarici ölkələrdəki səfirləri Vaşinqton razılaşmaları barədə məlumatlandırıb.

Missiya.Az "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mirzoyan Azərbaycanla sülhün Ermənistan və region üçün əhəmiyyətini vurğulayaraq, ölkənin bu yeni reallıqda xarici siyasətinin baxışını, yeni imkanlar və onlardan istifadə etmək üçün qarşıda duran işləri təqdim edib.

O bildirib ki, sülh gündəliyinin davamlı şəkildə həyata keçirilməsi və Ermənistan vətəndaşları üçün davamlı, təhlükəsiz və firavan mühitin təmin edilməsi Ermənistan hökumətinin prioritetidir. 

Bundan əlavə, XİN başçısı regional blokun açılmasından yaranan imkanlar, genişlənən beynəlxalq əlaqə şəbəkəsində Ermənistanın iştirakının təmin edilməsindəki səylər və Ermənistan-Azərbaycan Vaşinqton razılaşmalarının həyata keçirilməsi istiqamətində qarşıda duran vəzifələrdən də danışıb.

Xatırladaq ki, Ermənistanın xaricdəki səfirlərinin illik müşavirəsi avqustun 24-də başlayıb və avqust 27-də başa çatacaq.

Nurlana ƏhmədovaMissiya.Az

Избранный
31
missiya.az

1Источники