Şəki rayonunda 11 yaşlı yeniyetmənin ölümünün ilkin səbəbi açıqlanıb.
"Report"un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 2014-cü il təvəllüdlü şəxsə kəskin ürək çatışmazlığı və assit (qarın boşluğunda mayenin yığılması) diaqnozu təyin olunub.
Göstərilən zəruri tibbi yardımlara və həkimlərin çoxsaylı müdaxilələrinə baxmayaraq, ölüm faktı qeydə alınıb.
10:10
Şəki rayonunda 11 yaşlı yeniyetmə ürək çatışmazlığından ölüb.
"Report"-un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Cumakənd kəndində baş verib.
Kənd sakini, 2014-cü il təvəllüdlü Rüzgar Ağabalayev halı pisləşdiyi üçün yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ürək çatışmazlığından həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"