RU

"Qarabağ"ın ÇL-də cavab oyunu fransıza tapşırıldı

Bakıda "Qarabağ" və "Ferentsvaroş" arasında keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşma Fransadan olan hakimlər briqadasına həvalə edilib.

Görüşü FIFA referisi Clément Turpin idarə edəcək.

"Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.

Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.

Избранный
105
2
sportinfo.az

10Источники