RU

Arsenal gələcəyin ulduzu hesab edilən gənc oyunçusu ilə müqavilə imzalamağa hazırlaşır

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Londonun "Arsenal" klubu hücumameyilli yarımmüdafiəçisi Maks Doumanla peşəkar müqavilə imzalamağa hazırlaşır.

Oxu.Az insayder Nikolo Skiraya istinadən xəbər verir ki, klub bunun üçün Doumanın 16 yaşının tamam olmasının gözləyir.

Mənbənin sözlərinə görə, klub futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalamağa hazırdır. Douman bir sıra futbol ekspertləri tərəfindən dünyanın gələcək top oyunçusu hesab olunur.

Xatırladaq ki, 15 yaşlı Douman "Arsenal"ın heyətində avqustun 23-də Premyer Liqanın ikinci turunda "Lids"lə oyunda (5:0) debüt edib. O, 64-cü dəqiqədə meydana daxil olub, ikinci hissəyə əlavə olunmuş dəqiqələrdə isə Viktor Qyökeresin qola çevirdiyi penaltini qazanıb. Futbolçunun oyundan bir neçə qol vurmaq şansı olsa da, buna nail ola bilməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
2
oxu.az

1Источники