RU

“Qarabağ” - “Ferentsvaroş” matçı Kleman Turpenə tapşırıldı

Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” və “Ferentsvaroş” komandaları arasında keçiriləcək cavab oyununun təyinatları açıqlanıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Belə ki, qarşılaşma Fransadan olan hakimlər briqadasına həvalə edilib. Görüşü tanınmış FIFA referisi Kleman Turpen idarə edəcək. Ona yan xətt hakimləri Nikolya Danos və Aleksis Ojer kömək edəcəklər. Dördüncü hakim funksiyasını Romen Lissorq yerinə yetirəcək. Jerom Brizar VAR hakimi, Nikolya Renviy isə AVAR kimi çalışacaq.

Xatırladaq ki, “Qarabağ” – “Ferentsvaroş” matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 20:45-də start veriləcək. Səfərdə gerçəkləşmiş ilk oyunda Azərbaycan çempionu bu rəqibini 3:1 hesabıyla məğlub edib. Cütün qalibi UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanacaqsa, məğlub tərəf yoluna Avropa Liqasının Liqa mərhələsində davam edəcək.

Избранный
69
50
arena.az

10Источники