[center][/center]Tovuz Dövlət Sosial- İqtisadi Kollecinin müəlliminin işinə bərpa edilməsi ilə bağlı son qərardan təhsil müəissəsinə məktub göndərilib.Faktinfo.az-a verilən məlumatda bildirilir ki,Tovuz Dövlət Sosial- İqtisadi Kollecinin əvvəlki direktoru Hicran Əyyubovanın müəllimləri işdən çıxartması ilə bağlı işlər artıq icra və probasiya şöbəsinə yönləndirilib.
Belə ki,Tovuz rayon Məhkəməsinin qərarına əsasən ixtisasına uyğun olaraq Torpaq fondu və ondan səmərəli istifadə,Daşınmaz əmlak və Torpaq kadastırı,Yer qurluşu işlərinin planlaşdırılması və Topoqrafik rəsmixətt fənlərini tədris edən İbrahimov Abdulla Akif oğlunun işdən çıxarılması Azərbaycan qanunvericiliyinə zidd hesab edilib.Hazırda İbrahimov Abdulla Akif oğlunun işinə bərpa edilməsi üçün yekun qərar icra və probasiya idarəsi tərəfindən kollecə müvəqqəti 3 aylıq direktor təyin edilən Ramilə Tağıyevaya göndərilib.
Qeyd edək ki,11mart 2025-ci il tarixində Tovuz Rayon Məhkəməsi,Tovuz Dövlət Sosial- İqtisadi Kollecinin digər iki müəllimi-İsayeva Aygün Müslüm qızı və Vəliyeva Aynurə Mirzəli qızı barədə işə bərpa qərarı verib.Kollecin əvvəlki direktoru Hicran Əyyubova yerli məhkəmənin çıxartdığı qərardan Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib. 26-27 May 2025-ci il tarixlərində Gəncə Apellyasiya Məhkəməsi direktorun iddiasını təmin etməyib,İsayeva Aygün Müslüm qızı və Vəliyeva Aynurə Mirzəli qızının işə bərpa edilmələrinə dair məhkəmə qərarı qüvvədə saxlanılıb.Hazırda hər iki müəllimənin işinə bərpa qərarından kassasiyya şikayəti verilib.
Onu da qeyd edək ki,son 1 ildə Tovuz Dövlət Sosial- İqtisadi Kolleci ən çox şikayət edilən təhsil müəissəsi kimi mətbuatın gündəmində olub,kollecin əvvəlki direktoru Hicran Əyyubova isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə 3 aylıq (müvəqqəti) Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinə direktor təyin olunub.
Faktinfo.az