RU

Rusiyalı üzgüçü yarış zamanı Bosfor boğazında itkin düşüb

Bakı. Trend:

Bosfor boğazında keçirilən 6,5 kilometrlik üzgüçülük marafonufaciə ilə nəticələnib.

Trend xəbərverir ki, rusiyalı məşqçi Nikolay Sveçnikov yarış zamanı itkindüşüb.

Məlumatı jurnalist Dmitri Yeqorov yayıb.

30 yaşlı məşqçi startda ön sıralarda yer alsa da, təxminən500-600 metr məsafə qət etdikdən sonra gözdən tirib.

Marafonda ümumilikdə 3 min nəfər iştirak edib. N.Sveçnikovun 3tələbəsi finişə çatsa da, məşqçinin özü barədə heç bir məlumatyoxdur.

Избранный
100
az.trend.az

1Источники