RU

Binəqədi İcra Hakimiyyətinin mühəndisi milyonçu imiş - SƏNƏD

Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatın Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışan Dəmirli Seyfəddin Allahverdi oğlu dəyəri bir neçə milyon manat olan obyektə sahibdir. 

Seyfəddin Dəmirlinin adına olan obyekt Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 166 ünvanında yerləşir. 

Ticarət və ofiq binası kimi fəaliyyət göstərən bu obyekt 4 mərtəbəlidir. 

Bundan başqa obyektin zirzəmi və mansardı da var. 

Obyektin ümumi sahəsi 3500 kvadrat metrə yaxındır. 

Qeyd edək ki, S.Dəmirli 2022-ci ilin iyul ayından Binəqədi Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi (mühəndis) vəzifəsinə təyin edilib.

O, əmək fəaliyyətinə 15.03.2018-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "Bakı 6 nömrəli Yol İstismarı” MMC-nin sahə rəisi kimi başlayıb. (7news.az)

Избранный
3
1
hurriyyet.az

2Источники