RU

Yaddaş zəifliyinin qarşısını almaq üçün pəhrizdə dəyişiklik etmək lazımdır

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Nevroloq Artem Barışev yaddaş zəifliyinin qarşısını almaq üçün pəhrizdə bir neçə mühüm dəyişiklik etməyin vacibliyini bildirib.

Redaktor.az xəbər verir ki, o, lenta.ru-ya açıqlamasında beynin təxminən 50 faizinin yağlardan, digər yarısının isə protein strukturlarından ibarət olduğunu xatırladaraq, sağlamlığın qorunması üçün müxtəlif protein mənbələrinin qidalanmaya daxil edilməsini tövsiyə edib.

“Eyni növ zülalların daimi istehlakı beyni tikinti materialından və bəzi əvəzolunmaz amin turşularından məhrum edir. Ona görə də beyin fəaliyyətinin saxlanmasının əsası müxtəliflikdir”, - deyə həkim qeyd edib.

Barışev həmçinin fast food, yarımfabrikatlar və sürətli karbohidratlarla zəngin məhsulların istifadəsinin azaldılmasını məsləhət görüb. Onun sözlərinə görə, bu cür qidalar çoxlu miqdarda doymuş yağlar ehtiva edir və nəticədə qan damarlarının divarlarında xolesterin yığılması ilə beyinə qan dövranını pozur.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
1
redaktor.az

2Источники