RU

Azərbaycan və Türkmənistanı dərin tarixi köklər və qardaşlıq telləri birləşdirir - Elnarə Akimova

“Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfəri iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezidentin Avaza şəhərində səsləndirdiyi “Türkmənistan əmin əllərdədir” fikri isə sadəcə diplomatik kompliment deyil, ölkənin əldə etdiyi sosial-iqtisadi nailiyyətlərə verilən real və səmimi qiymətdir”.

Missiya.Az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Prezident İlham Əliyevin Türkmənistana səfərini şərh edərkən deyib. 

“İlham Əliyev bildirdi ki, bu, onun Avaza şəhərinə ikinci səfəridir və burada gedən inkişaf, aparılan quruculuq işləri aydın şəkildə göstərir ki, Türkmənistan etibarlı əllərdədir. O, xüsusilə vurğuladı ki, Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi sayəsində təkcə Avaza deyil, bütün digər şəhər və kəndlər sürətlə inkişaf edir, abadlaşır, yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur layihələri gerçəkləşdirilir”,- deyə millət vəkili qeyd edib.

Onun sözlərinə görə, səfər çərçivəsində imzalanan mühüm sənədlər arasında Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması barədə razılaşma xüsusi rəmzi məna daşıyır: 

“Bu sənəd iki xalqı birləşdirən qədim dostluğun və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edir. Əsrlər boyu bir ailə kimi yaşayan Azərbaycan və Türkmənistan xalqları bu gün də müstəqil dövlətlər olaraq ortaq ənənələrə sadiqdir və yeni üfüqlərə doğru birlikdə addımlayır.

Prezident İlham Əliyevin çıxışında vurğulandığı kimi, iki ölkə arasındakı münasibətlər təkcə siyasi və iqtisadi tərəfdaşlıqla məhdudlaşmır. Azərbaycan və Türkmənistanı dərin tarixi köklər, ortaq mədəniyyət, mənəvi dəyərlər və qardaşlıq telləri birləşdirir. Bu səfər zamanı imzalanan sənədlər isə əlaqələrin gələcək inkişafı üçün möhkəm baza formalaşdırır, əməkdaşlığın yeni mərhələsinə yol açır”.

Elnarə Akimova

Milli Məclisin deputatı

Избранный
7
missiya.az

1Источники