RU

Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək

BAKI, TurkicWorld ​, Nərmin Ağayeva

Yunanıstanın paytaxtı Afinada İsrailin Qəzzaya hücumlarına etiraz olaraq Fələstinə dəstək aksiyası keçirilib.

TurkicWorld xəbər verir ki, Yunanıstan Kommunist Partiyasına (KKE) bağlı həmkarlar ittifaqı PAME-nin çağırışı ilə təşkil olunan etiraz aksiyasına yüzlərlə insan qatılıb.

Sintaqma meydanında parlament binasının qarşısında toplaşan işçilər, məmurlar, təqaüdçülər və tələbələr İsrailin hücumlarını dayandırmağa çağırış ediblər. Etirazçılar Qəzzada həyatını itirən uşaqlara diqqət çəkmək üçün ağ kəfənə bürünmüş uşaq maketləri və tabutlarla aksiyada iştirak ediblər. Toplantı həmkarlar ittifaqı nümayəndələrinin çıxışları ilə başlayıb, daha sonra “Fələstinə azadlıq” şüarları səsləndirilib.

Qeyd edək ki, PAME-nin çağırışı ilə bu gün Yunanıstanın 40-dan çox şəhərində, o cümlədən Afina və Salonikidə oxşar etiraz aksiyaları təşkil olunub.

Избранный
67
turkic.world

1Источники