RU

Londonda keçirilən karnavalda 140 nəfər həbs edilib

Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən Notting-Hill karnavalının ilk günü 140 həbslə başa çatıb ki, bu da bir il əvvəlkindən 40% çoxdur.

Bu barədə "Daily Mail” məlumat yayıb.

Vurğulanıb ki, qanun pozuntularına polis əməkdaşlarına hücumlar, silah və narkotik vasitələrin saxlanması və cinsi xarakterli cinayətlər daxildir.

"Biz insidentlərin sayında artım qeydə alırıq, lakin təhlükəsizliyi təmin etmək üçün bütün mümkün tədbirləri görməyə davam edəcəyik”, - deyə polisdən bildirib.

İdarənin məlumatına görə, 15 həbs polis əməkdaşlarına hücumla bağlıdır. Əlindən xəsarət alan zabit xəstəxanaya yerləşdirilib.
Избранный
24
1
7news.az

10Источники