Şəkidə 11 yaşlı uşaq ürək çatışmazlığından ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Cumakənd kəndində baş verib.
Belə ki, kənd sakini, 2014 - cü il təvəllüdlü Rüzgar Ağabalayev halı pisləşdiyi üçün yaxınları tərəfindən Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ürək çatışmazlığından vəfat edib.
Faktla bağlı araşdırma aparılır.