ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu barədə o özünün "Truth" hesabında yazıb. Belə bir iddia irəli sürüb ki, sözügedən yayım şəbəkələri müvafiq hüquqi lisenziya üçün "milyonlarla dollar" ödəməlidir. "Bu telekanallar respublikaçılar və mühafizəkarları haqsız yerə işıqlandırdığına görə gərək lisenziyalarından məhrum qalsınlar. Ən pis halda, istənilən vaxt istənilən yerdə ən qiymətli efir dalğasından istifadə imtiyazına görə böyük məbləğ ödəsinlər", – deyən Donald Tramp "ABC" və "NBC"ni həmçinin "bütün dünya üzrə ən pis və ən qərəzli televiziya şəbəkələri" adlandırıb. ABŞ liderinin sözlərinə görə, korrupsioner jurnalistika mükafatlandırılmamalı, ona son qoyulmalıdır. Firudin Həmidli
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.