AzVision.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski ölkənin Müstəqillik Günü ilə bağlı xalq müraciətində belə deyib. Zelenski, 13 dəqiqəlik müraciətini öz Telegram-kanalında yerləşdirib.
“Ukraynanı eşidirlər, Ukrayna ilə hesablaşırlar, ona qulaq asırlar. Onun yeri masa arxasındadır, ona“Qapıda gözləyin”demirlər,“Qərar vermək sizin ixtiyarınızdadır” deyirlər”, - Ukrayna lideri bildirib.
Onun sözlərinə görə, dünya Ukraynaya hörmətlə yanaşır və onu bərabərhüquqlu aktor kimi qəbul edir. Bundan əlavə, ABŞ və Avropa“Ukraynanın hələ qalib gəlmədiyi, amma mütləq heç də uduzmadığı”ilə razılaşır.
- Ukrayna xahiş yox, təklif edir. Müttəfiqlik və tərəfdaşlıq təklifi. Avropanın ən yaxşı ordusu. Qabaqcıl müdafiə texnologiyaları. Dözümlülük təcrübəsi. Biz deyirik:“Bizə Avropa İttifaqı (Aİ) lazımdır”.Bəli. Amma onun da bizə heç də az ehtiyacıyoxdur və bunu hamı qəbul edir. Ukraynanı kasıb qohum kimi yox, güclü müttəfiq kimi tanıyırlar”, - Volodimir Zelenski vurğulayıb.
Zelenski dəqiqləşdirib ki, münaqişənin nəticəsi olaraqKiyev“sabit, etibarlı, uzunmüddətli sülhü təmin etməlidir” və o,“təhlükəsizlik zəmanəti almaq üçün” buna nail olacaq. Bu zəmanət o qədər güclü olmalıdır ki, dünyada bir daha heç kimin Ukraynaya hücum etmək ağlına belə gəlməsin.
Ukraynanın “Strana.ua” portalı, öz növbəsində,müraciətdə ərazilərin mübadiləsi və ya güzəştləri, habelə Ukraynanın NATO-ya daxil olması məsələsinin qaldırılmadığına diqqət çəkib.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта