
Xilasedicilər İturup adasındakı Baranski vulkanı ərazisində daha əvvəl itkin düşmüş turistlər qrupunu tapıblar.
Reyting.az xəbər verir ki, Saxalin vilayətinin Kurilski bələdiyyə dairəsinin rəhbəri Konstantin İstominin Telegram kanalında verdiyi məlumata görə, artıq Fövqəladə Hallar Nazirliyinin helikopteri onları Kurilskə aparır.
"Baranski vulkanı ərazisində itkin düşmüş turistlər qrupu ilə bağlı ən son məlumat: turist qrupundakı 10 nəfərin hamısı Fövqəladə Hallar Nazirliyinin helikopterindədir və onları Kurilsk şəhərindəki ambulans məntəqəsinə aparılacaq", - İstomin bildirib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tapılan turistlərin heç birinin tibbi yardıma ehtiyacı yoxdur.
Qeyd edək ki, Böyük Kuril silsiləsindəki İturup adasındakı Baranski vulkanı ərazisində əvvəllər qeydiyyatı olmayan 10 nəfərlik tur qrupu itkin düşmüşdü.
V. QULİYEV