RU

Silahlı toqquşmada 12 nəfər həlak olub

Yazını böyüt
Yazını kiçilt

Liviya paytaxtı yaxınlığında baş verən silahlı toqquşma nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Hafta.az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, Tripoli ətrafında toqquşmalar naməlum silahlı qruplaşmanın Liviya Milli Barışıq Hökumətinə sadiq olan 55-ci briqadanın komandiri Müəmmar əl-Daviyə sui-qəsd cəhdindən sonra başlayıb.

Kanalın məlumatına görə, əl-Davinin özü xəsarət almayıb.

Избранный
18
2
hafta.az

3Источники