Fransanın şimal-qərbində yanğınsöndürmə helikopteri yaşayış evində baş verən yanğını söndürərkən qəzaya uğrayaraq yaxınlıqdakı gölməçəyə düşüb. SİA xəbər verir ki, bu barədə BFMTV telekanalı yerli prefekturaya istinadla məlumat yayıb.
Bildirilib ki, ekipaj üzvlərinin hamısı müstəqil şəkildə təxliyə olunub və xəsarət almayıb.
Hadisə bazar günü Rospordan kommunasında baş verib. Helikopter yanğını söndürmək məqsədilə su götürmə manevrini yerinə yetirərkən su hövzəsinə düşüb.
“Yanğınsöndürmə helikopteri bazar günü Rospor'dan kommunasında gölməçəyə düşüb”, – deyə telekanal bildirib.