RU

ABŞ-ın Fransadakı səfiri Makronu antisemitizmlə kifayət qədər mübarizə aparmadığına görə qınayıb

ABŞ-ın Fransadakı səfiri Çarlz Kuşner Fransa Prezidenti Emmanuel Makrona məktub yazıb və onu ölkəsində antisemitizmlə kifayət qədər mübarizə aparmadığına görə qınayıb. SİA xəbər verir ki, müraciətdə səfir Fransada antisemitizmin kəskin artmasından narahat olduğunu yazıb.

Kuşnerin iddiasına görə, ölkədə bir gün belə olmur ki, yəhudilərə qarşı küçələrdə hücum olmasın, sinaqoqlar, məktəblər və ya onlara məxsus bizneslər vandalizmə məruz qalmasın.

Избранный
18
2
sia.az

10Источники