RU

50 yaşdan yuxarı insanlar üçün arıqlamada kömək edən 7 məhsul

Yaş artdıqca maddələr mübadiləsini yüksək səviyyədə saxlamaq çətinləşir, lakin düzgün qidalanma həm sağlamlığı qorumağa, həm də artıq çəkidən azad olmağa kömək edir.

Tribunainfo.az xəbər verir ki, diyetoloq-nutrioloq Tara Kollinqvud bildirib ki, insan yaşlandıqca əzələ kütləsi azalır və bu, sakit vəziyyətdə yandırılan kalorilərin miqdarını aşağı salır. Amma bəzi məhsullar əzələləri qorumağa, qanda şəkərin səviyyəsini balanslaşdırmağa və gün ərzində yağların yandırılmasını stimullaşdırmağa imkan verir.

50 yaşdan sonra arıqlamaq üçün ən faydalı 7 məhsul

  1. Losos (somon balığı)
    Zülal və omega-3 yağ turşuları ilə zəngindir. Əzələləri qoruyur, iltihabı azaldır, metabolizmi sürətləndirir.
  2. Yunan qatığı
    Səhər yeməyi üçün ideal seçimdir. Tərkibindəki yüksək zülal və probiotiklər bağırsaq sağlamlığını gücləndirir və çəkiyə nəzarət etməyə kömək edir.
  3. Yumurta
    Tam dəyərli zülal mənbəyidir. B12 vitamini ilə zəngindir, bu vitamin qidanı enerji çevrilməsində mühüm rol oynayır.
  4. Paxlalılar (noxud, mərci, lobya və s.)
    Bitki mənşəli zülal, lif və dəmir baxımından zəngindir. Qanda şəkərin səviyyəsini sabit saxlayır, uzun müddət toxluq hissi yaradır.
  5. Yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, kələm, rukola və s.)
    Aşağı kalorili, lakin vitamin, mineral və antioksidantlarla zəngindir. Sümüklərin möhkəmlənməsinə, ürək-damar sağlamlığının qorunmasına kömək edir.
  6. Qoz-fındıq və badam
    Sağlam yağlar, E vitamini və zülalla zəngindir. Toxluq hissini uzadır, ürək sağlamlığını dəstəkləyir.
  7. Kəpəkli dənli məhsullar (yulaf, qəhvəyi düyü, tam buğda çörəyi)
    Liflə zəngin olduğuna görə həzm sistemini gücləndirir, qanda şəkərin səviyyəsini tənzimləyir və enerji verir.

Mütəxəssislərin fikrincə, bu 7 məhsul 50 yaşdan yuxarı insanlara həm çəkiyə nəzarət, həm də ümumi sağlamlığın qorunması üçün kömək edə bilər. Onları gündəlik rasiona daxil etməklə həm metabolizmi sürətləndirmək, həm də uzun müddət gümrah qalmaq mümkündür.

İmran Kərimli

Избранный
11
1
tribunainfo.az

2Источники