“Böyük Dəbilqə”nin beşqat çempionu və dünya sabiq bir nömrəli tennisçisi Mariya Şarapova sosial şəbəkədəki şəxsi səhifəsində silsilə fotolar yayımlayıb.
Publika.az xəbər verir ki, rusiyalı hazırda ABŞ-ın Nyu-Port şəhərindədir və onun Tennis Şöhrət Zalına daxil edilməsi mərasimi burada keçiriləcək.
Qeyd edək ki, Mariya Şarapova 2020-ci ildə karyerasını başa vurduqdan sonra biznes və investisiyalarla aktiv şəkildə məşğul olub. İdmançının hazırda 38 yaşı var.