Rusiyada dəhşətli hadisə baş verib. Sankt-Peterburq yaxınlığındakı mənzildə qadının çürümüş cəsədi tapılıb.
“Cebheinfo.az” xəbər verir ki, onun meyiti ərinin də olduğu mənzillərin birində tapılıb.
Hadisə Qatçina rayonunun Novı Svet kəndində baş verib. Avqustun 19-da polisə mümkün cinayət barədə məlumat daxil olub. Qətl barədə ər-arvadın qonşusu məlumat verib. Hadisə yerinə gələn polis əməkdaşları mənzildə 49 yaşlı qadının çürümüş, üzərində çoxsaylı sıyrıqlar və gematoma olan meyitini aşkar ediblər.
Mənzildə mərhumun əri də yaşayırmış. Əməliyyatçılar 53 yaşlı Belarus vətəndaşının ağır alkoqol sərxoşluğu vəziyyətində olduğunu müəyyən ediblər. Həmin şəxs araşdırma üçün Daxili İşlər Nazirliyinə aparılıb.
Xəzər
“Cebheinfo.az”