RU

Makrona yenə arvadının silləsini xatırlatdılar

Fransanın Patriotlar partiyasının lideri Florian Filippot bir sıra Avropa liderlərinin Ukraynaya qoşun yeritmək təşəbbüsünü şərh edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb.

F.Filippot Avropa qoşunlarının Ukraynaya göndərilməsi ideyasını ehtiyatsızlıq adlandırıb. O, Fransa prezidenti Emmanuel Makronun bəyanatını pisləyib və qeyd edib ki, o, “sifətinə sillə vurula adamdır”.

"Makron Ukraynaya əsgər göndərmək istəyir? İndiyə kimi o, bir-birinin ardınca sillə qazanır! Fransa ordusu heç də Ukraynaya getmək arzusu ilə alışıb yanmır. Bir çox Avropa ölkələri qəti şəkildə bundan imtina edir. Hətta Makronu alçaldırlar da!"

Избранный
16
4
redaktor.az

6Источники