“Barselona”nın baş məşqçisi Hansi Flik La Liqanın 2-ci turunda “Levante”yə qarşı oyunda (3:2) Markus Reşfordun fasilədə əvəzlənməsinin səbəbini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "Marca" alman çalışdırıcının dediklərini belə çatdırıb.
“Markusun ilk hissədə bir neçə epizodu oldu, komandaya faydalı ola biləcəyini göstərdi. Amma ikinci hissədə dəyişiklik etməli idik. Rafinyanı cinaha buraxmaq lazım idi. Bu, zəruri qərar idi və düşünürəm ki, özünü doğrultdu. Fasilədən sonra vurulan ilk qol oyunun axarını dəyişdi”
İngiltərəli futbolçu start heyətdə meydana çıxsa da, ikinci hissəyə Dani Olmo ilə əvəz olunaraq çıxıb.
Xatırladaq ki, fasiləyə “Levante” 2:0 hesabı ilə üstün yollanmışdı. Lakin ikinci hissənin ilk yeddi dəqiqəsində Pedri və Ferran Torres bərabərlik gətirdi, görüşün əlavə vaxtında isə kataloniyalılar qələbə qolunu vurmağa nail oldular. İki turdan sonra “Barselona” maksimum 6 xalla turnir cədvəlinə başçılıq edir. “Levante” isə xal toplaya bilmədiyi üçün 18-ci pillədə qərarlaşıb.