RU

Agentlik abituriyentlərə müraciət etdi: Ehtiyatlı olun!

Xaricdə təhsil imkanlarını nəzərdən keçirərkən isə bir sıra mühüm məqamlara diqqət yetirmək zəruridir. Ən vacib məqam hər bir elana inanmamaq və asan yollara əl atmamaqdır.

Axar.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin abituriyentlərə və valideynlərə müraciətində qeyd olunub.

“Bu məsələyə etinasız və tələsik yanaşmaq gələcəkdə diplomun tanınmaması, təhsilin yarımçıq qalması və digər ciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən seçiləcək ali məktəbin akkreditasiyası, diplomun ölkəmizdə tanınması, həmçinin təhsil və yaşayış xərclərinin ailə büdcəsinə uyğunluğu əsas meyar kimi nəzərə alınmalıdır.

Unutmayın ki, bu gün qəbul etdiyiniz qərarlar sabahınızın uğurunu müəyyənləşdirir", - müraciətdə bildirilib.

Избранный
19
15
axar.az

10Источники