RU

Kür çayında araşdırma aparılır

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Azərbaycan Respublikasına daxil olan hissəsində balıq və digər su bioloji resurslarının məhv olması faktı aşkar edilib.

SİMDNX-dən AZƏRTAC-a verilən məlumata görə, qeyd olunan hallarla əlaqədar, Xidmət tərəfindən ilkin araşdırmalara başlanılıb. Sözügedən ərazidən su nümunələri götürülərək, analizlərin aparılması üçün Mərkəzi Laboratoriyaya təqdim edilib.

Analizlərin nəticələri əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
107
24
xalqqazeti.az

10Источники