
Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 güləş üzrə dünya çempionatında Azərbaycan idmançıları uğurlarını davam etdirirlər. Yarışın yeddinci günündə daha iki güləşçimiz fəxri kürsüyə qalxıb. Turan Daşdəmirov (55 kq) gərgin final görüşündə iranlı Payaм Balutakiyə 3:5 hesabı ilə məğlub olub və gümüş medal qazanıb. Ferayim Mustafayev (67 kq) isə yaponiyalı Takaku Sudzukini 5:4 hesabı ilə üstələyərək bürünc medala sahib çıxıb.Bununla yanaşı, Seymur Qasımov (72 kq) təsəlliverici görüşdə qazaxıstanlı Yusuf Aşrapova “tüş” ilə məğlub olub.Ümumilikdə Azərbaycan millisinin bu dünya çempionatındakı medal sayı 8-ə çatıb:Qızıl: Ayxan Cavadov (60 kq)Gümüş: Turan Daşdəmirov (55 kq), Ruzanna Məmmədova (62 kq)Bürünc: Günay Qurbanova (59 kq), Vasif Bağırov (57 kq), Nurlan Ağazadə (70 kq), Yusif Dursunov (125 kq), Ferayim Mustafayev (67 kq)Ulusum.az
Diqqət Çəkənlər
Ağ Evdə futbol zarafatları: Tramp dünya çempionatına hazırdır
“Müharibəni biz yox, onlar başladılar” – Putindən açıqlama
Kalorini sərt kəsmək niyə əks təsir göstərir?