Rusiyaya ixrac edilən Ermənistan kənd təsərrüfatı məhsulları geri qaytarılıb.Bu barədə “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan məlumat yayıb.
Onun sözlərinə görə, gavalı, şaftalı və üzüm daşıyan yüzlərlə erməni yük maşını sərhəd-keçid məntəqəsindən geri qayıtmağa məcbur olub.
Deputat bildirib ki, Rusiya tərəfi məhsulların fitosanitar tələblərə cavab vermədiyini iddia edir.Yaranmış vəziyyət fermerlərə və kənd təsərrüfatı istehsalçılarına ciddi zərər vurur.
“Hətta tikinti materialları daşıyan maşınlar da çətinliklə üzləşir. Onlarla yük maşını hələ də qeyri-müəyyən şəraitdə qərarın verilməsini gözləyir”, – o, qeyd edib.
Danielyan vurğulayıb ki, hökumət baş verənlərə adekvat reaksiya vermir və vəziyyət təkcə iqtisadi deyil, həm də siyasi xarakter daşıyır.