Kamçatkada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Yeraltı təkanlar Petropavlovsk-Kamçatskidən 178 km aralıda baş verib. Yeraltı təkanların dərinliyi 49 km olub.