İspaniya La Liqasının II turu üzrə "Barselona" "Levante"in qonağı olub.

Offsideplus.az xəbər verir ki, Hansi Flikin komandası fasiləyə 0:2 hesabla geridə yollanıb.  Matçın 15-ci dəqiqəsində İvan Romero, 45+7 dəqiqədə isə Xose Luis Morales fərqlənib. 

Oyunun ikinci hissəsində Kataloniya təmsilçisi geridönüş edib. Ferran Torres və Pedri qol vuraraq hesaba tarazlıq gətirib. 90+1 dəqiqədə isə Unai Elquezabal topu öz qapısına göndərib: 2:3.

Qolların videosunu təqdim edirik: