RU

Azərbaycan-Türkmənistan-Özbəkistan yüksəksəviyyəli görüşü Türk Dövlətləri Təşkilatının daha da güclənməsinə mühüm töhfədir - Vüqar Rəhimzadə

Bakı. Trend:

Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə əlaqələrininkişafı prioritet məsələlər sırasındadır. Türk dünyasını böyük birailə kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev, eynizamanda, bu çağırışı da edir ki, bizim siyasətimiz Türk DövlətləriTəşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyükərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbiisərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidirvə bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik olabilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki,Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və gücmərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.

Tarixi Zəfərimiz bu birliyin daha da möhkəmlənməsinişərtləndirdi. Hazırda yeni dünya nizamının formalaşması da öznövbəsində bu birliyə, həmrəyliyə çağırış edir. Qarşılıqlısəfərlərin dinamikliyi, yeni əməkdaşlıq formatlarının yaradılması,birgə addımların atılmasını zəruri edən sənədlərin imzalanması vəsair günümüzün reallıqları sırasındadır. Dövlətimizin başçısı İlhamƏliyevin Türkmənistan Xalq Məsləhətinin sədri QurbanquluBerdiməhəmmədovun dəvəti ilə bu ölkəyə işgüzar səfəri, təkbətək vəgeniş tərkibdə keçirdiyi görüşlər, Azərbaycan, Türkmənistan vəÖzbəkistan arasında yüksəksəviyyəli görüşün keçirilməsi, liderləriniştirakı ilə sənədlərin imzalanması və mətbuata bəyanatları özündəmühüm məqamları ehtiva edir. Azərbaycan-Türkmənistan əlaqələriqədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və türkmənlər eynikökə, mədəniyyətə, qədim tarixi ənənələrə malikdirlər. Bundanbaşqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Azərbaycanvə Türkmənistan SSRİ-nin tərkibində müttəfiq respublikalar olub.Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələrformalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqildövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyəbaşlayıb. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci iliyunun 9-da qurulub. 1999-cu ilin iyununda Türkmənistanın Bakıda,üç il sonra - 2002-ci ilin oktyabrında isə Azərbaycanın bu ölkədəsəfirliyi fəaliyyətə başlayıb.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-əaçıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycan və türkmən xalqlarıarasında əlaqələrin tarixi qədimdir. Bu, Azərbaycan Prezidentiİlham Əliyevin və Türkmənistan Xalq Məsləhətinin sədri QurbanquluBerdiməhəmmədovun keçirdikləri təkbətək və geniş tərkibdəgörüşlərdə də bu reallıqlar bir daha diqqətə çatdırıldı.Ölkələrimiz arasında münasibətlərin başlanğıcını tarixindərinliklərindən götürdüyünü qeyd edən Qurbanqulu Berdiməhəmmədovonu da bildirdi ki, ənənələrimiz oxşardır və bunlar bizibirləşdirən amillərdir. Siyasi, diplomatik, iqtisadi-ticari,mədəni-humanitar münasibətlərimiz məhz bu təməl üzərində inkişafedir. Əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialmövcuddur. Bu kontekstdə Azərbaycan-Türkmənistan münasibətlərinininkişafı məqsədilə yeni təşəbbüslər irəli sürülür. Dövlətimizinbaşçısı İlham Əliyev bu məqamı xüsusi vurğuladı ki, türkmən vəAzərbaycan xalqları sözün əsl mənasında qardaşdılar və əsrlər boyubu qardaşlıq hissləri ilə yaşamışlar. Hər iki ölkə müstəqildövlətlər kimi böyük uğurlara imza atırlar. Tez-tez reallaşansəfərlər bütün bölgəyə və dünyaya çox ciddi mesajlar verir.Türkmənistan və Azərbaycan - qardaş dövlətlər, qardaş xalqlar hərzaman bir-birinin yanındadır.

Vüqar Rəhimzadə qeyd edib ki, səfərin əhəmiyyətini açıqlayanmühüm məqamlardan biri məhz Azərbaycan, Türkmənistan və Özbəkistanarasında yüksəksəviyyəli görüşün keçirilməsidir. Prezident İlhamƏliyev çıxışında həm Azərbaycan-Türkmənistan, həm dəAzərbaycan-Özbəkistan əlaqələrinin dünəninə, bu gününə diqqətiyönəldərək bildirdi ki, Azərbaycan, Türkmənistan və ÖzbəkistanŞərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geosiyasi mövqeyəmalikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığısahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında OrtaDəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələləri genişmüzakirə olundu. Üç ölkənin nəqliyyat, tranzit, logistikaistiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz, böyükregion üçün mühüm əhəmiyyət daşıyacaq.

Əməkdaşlıq əlaqlərinin inkişafında enerji amili əhəmiyyətli roloynayır. Hər üç ölkənin energetika sahəsində mövcud imkanlarıəlməkdaşlığı şərtləndirir. Azərbaycanın Türkmənistanla ənənəvienergetika əməkdaşlığı var. 2021-ci ildə Azərbaycanla Türkmənistanarasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogenresurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsihaqqında Anlaşma Memorandumunun imzalanması iki ölkə arasındaenerji sahəsində əməkdaşlığı daha da möhkəmləndirir. Bu yataq ikiölkəni bir-birinə daha da yaxınlaşdırıb, qardaşlaşdırıb. İki enerjiyatağının iki dövlət tərəfindən birlikdə istismarı Xəzər dənizindəyeni əməkdaşlıq formatının yaradılması deməkdir. ÖlkəmizÖzbəkistanla da bu sahəyə artıq qədəm qoyub. SOCAR artıqÖzbəkistanda neft yatağının işlənilməsinə başlayıb, kontraktimzalayıb. Dövlətimizin başçısı İlham Əliyev bu reallıqlarasöykənərək belə bir əminliyi ifadə etdi ki, yaxın bir-iki ilərzində gözəl xəbərlər verəcəklər. Özbəkistanda böyük neftyatağının kəşf edilməsi xəbərini hamımız səbirsizlikləgözləyirik.

Millət vəkili qeyd edib ki, son illər türk dövlətləri, ocümlədən Türkmənistanla əlaqələrin inkişafı baxımından mühümmərhələdir. Ötən ay Türkmənistan Xalq Məsləhətinin sədri QurbanquluBerdiməhəmmədov ölkəmizdə səfərdə oldu. Həmçinin səfər çərçivəsindəFüzuli rayonunda və Şuşa şəhərində olaraq həyata keçiriləngenişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış oldu.Dövlət başçısı İlham Əliyevin Türkmənistana işgüzar səfəriçərçivəsində Füzuli şəhərində məsçidin inşa olunması barədə qərarhəmrəyliyin və mənəvi birliyin rəmzi kimi xalqımızın yaddaşındaəbədi qalacaq. Həmçinin Füzuli və Arxadağ şəhərləri arasındaqardaşlaşma əlaqələrinin qurulması haqqında Protokolun imzalanmasımədəni və humanitar əməkdaşlıq üçün yeni imkanlar açır. Prezidentİlham Əliyevin vurğuladığı kimi, bütün bunlar göstərir ki,Azərbaycan-Türkmənistan münasibətləri yüksəliş dövrünü yaşayır.Münasibətlərimizin bütün sahələrdə inkişafı üçün birgə səylərimizidavam etdirəcəyik.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan, Türkmənistan vəÖzbəkistan arasında yüksəksəviyyəli görüşün keçirilməsindən sonraliderlər mətbuata bəyanatlarında bir daha qarşıdakı dövrünhədəflərinə diqqəti yönəltdilər. Bu görüşü tarixi gün kimidəyərləndirən dövlətimizin başçısı İlham Əliyev bildirdi ki,bölgəmizdə yeni, çox perspektivli, sülhə və tərəfdaşlığa yönəlmişəməkdaşlıq formatı yaradılır. Özbəkistan Prezidenti ŞavkatMirziyoyev vurğuladı ki, tarixi görüş ölkələrimiz arasındaqarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə, dayanıqlı ticarət,nəqliyyat və energetika dəhlizlərinin yaradılmasına, həmçininregional inteqrasiya proseslərinin sürətlənməsinə xidmət edəcək.Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov isəüçrərəfli görüşün böyük əhəmiyyətə malik olduğunu önə çəkərək qeydetdi ki, bu görüş üçtərəfli əlaqləri gücləndirmək üçün yeniimkanlar açır və bu kontekstdə qarşıya qoyduğumuz məqsədlərə çatmaqüçün çox çalışmalıyıq.

Избранный
54
7
az.trend.az

8Источники