RU

"Karvan-Yevlax" "Kəpəz"i məğlub etdi - YENİLƏNİB

Misli premyer-liqasında dünən start götürən 2-ci tura bu gün, sabah və bazar ertəsi keçiriləcək matçlarla yekun vurulacaq.

"Football-plus.az" xəbər verir ki, qalan oyunlar da “CBC Sport”un efirində canlı yayınlanacaq.

Misli premyer-liqası
1-ci dövrə, 2-ci tur
23 avqust
Kəpəz – Karvan-Yevlax 2:3

Məqsəd İsayev, 77. Vitor Feijao, 90+6-p. - Coy Sleyd Mikels, 38-p; 89. Tompson Qavi, 52.
“Kəpəz” bu rəqiblə ilk dəfə qarşılaşacaq.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: ƏLİ ƏLİYEV, Rahil Ramazanov, Tərlan Talıbzadə, Rəvan Həmzəzadə.
VAR hakimi: Kamal Umudlu.
VAR hakiminin köməkçisi: Eyyub İbrahimov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ, şəhər stadionu. Saat 19.00.

24 avqust
Şamaxı – Sabah

“Şamaxı”nın bu rəqiblə ev oyunlarının balansı: 11:+5=3-3, 13:7.
2018/19 – 0:1, 3:0; 2019/20 – 1:1; 2020/21 – 1:1, 0:0; 2021/22 – 2:0, 0:1; 2022/23 – 0:1, 2:1; 2024/25 – 3:1, 1:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Vüsal Məmmədov, Akif Əmirəli, Kamran Əliyev.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Şamaxı, şəhər stadionu. Saat 17.00.

“Şamaxı” 2-ci turda da iddialı komanda ilə üz-üzə gələcək. Heç şübhəsiz, “Neftçi”nin meydanında xal qazanan “şirlər”də psixoloji durum yaxşıdı. Ayxan Abbasovun komandası hələ ilk matçdan asanlıqla məğlub olmaq istəmədiyini göstərdi. Bu üzdən “Şamaxı”ın ilk ev oyununun yetərincə baxımlı keçəcəyinə, yerli azarkeşlərin tribunalarda anşlaq yaradacağına inanmaq olar. O başqa məsələ ki, sadalanan məqamlar Konfrans Liqasında mübarizəni dayandıran “Sabah”ın şanslarını azaltmır. “Bayquşlar” avrokuboklarda heç də pis görünmədi. İndi premyer-liqaya köklənən Masazır təmsilçisi növbəti dəfə avrokuboklara vəsiqə qazanmaq üçün döyüşlərə atılacaq. Bu baxımdan hər xalın önəmini nəzərə alsaq, “Sabah”ın meydana məhz qələbə üçün çıxacağına şübhə yoxdu. Görəsən, Valdas Dambrauskasın premyer-liqada debütü necə olacaq?

Bu komandalar indiyə qədər 22 dəfə qarşılaşıb. Bunların 8-də “Şamaxı”, 7-də “Sabah” qələbə qazanıb, 7-də qalib müəyyənləşməyib. Topların nisbətində “şirlər” öndədi – 26:24.

Turan Tovuz – Araz-Naxçıvan
“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 4:+3=0-1, 7:3.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Rəhman İmami, Əkbər Əhmədov.
VAR hakimi: Elçin Məsiyev.
VAR hakiminin köməkçisi: Pərvin Talıbov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Bakı, “Azərsun Arena”. Saat 19.30.

Yeni mövsümə çempionluq iddiasıyla başlayan “Turan Tovuz” ilk oyunda “İmişli”ni məğlub etdi. Premyer-liqanın debütantına son saniyələrdə qalib gələn “bozqurd” indi daha çətin sınaq qarşısındadı. Çünki rəqib Elmar Baxşıyevin “Araz-Naxçıvan”ıdı. Bu matç nə meydan sahibləri, nə də qonaqlar üçün asan olacaq. Ən əsası, ona görə ki, tovuzlular ev oyunlarını minlərlə azarkeşinin önündə yox, Bakıda keçirir. Təbii ki, bu durum tribunalardakı vəziyyətə təsirsiz ötüşməyəcək. Komandaların ümumi durumu isə qənaətbəxşdi. “Qırmızı-ağlar”ın “Zirə” ilə matçda xal itirdiyini nəzərə alsaq, “Turan Tovuz”la mübarizədə maksimum nəticəyə köklənəcəyi bəllidi. Qısası, sabah yuxarı pillələr uğrunda mübarizə aparan komandaların duelinə şahidlik edəcəyik.

Bu rəqiblər indiyə qədər 8 dəfə üz-üzə gəlib. Bunların 5-də “bozqurd”, 2-də “qırmızı-ağlar” qələbə qazanıb, 1-də isə “sülh” qeydə alınıb. Topların nisbətində “Turan Tovuz” öndədi – 12:5.

25 avqust
Qəbələ – Zirə

“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 17:+7=9-1, 19:11.
2015/16 – 0:0, 1:2; 2016/17 – 1:0, 1:1; 2017/18 – 1:1, 2:1; 2018/19 – 0:0, 2:1; 2019/20 – 3:0; 2020/21 – 1:1, 1:1; 2021/22 – 1:1, 0:0; 2022/23 – 1:0, 2:1; 2023/24 – 1:0, 1:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Teymur Teymurov, Elvin Bayramov.
VAR hakimi: Fərid Hacıyev.
VAR hakiminin köməkçisi: Elşad Abdullayev.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Qəbələ, şəhər stadionu. Saat 19.00.

Tura mövsümə “sülh”lə başlayan komandaların dueliylə yekun vurulacaq. Onlar bu dəfə xal itirməmək üçün əlindən gələni edəcək. “Qəbələ”nin “doğma divarlar” arasında daha güclü görünəcəyinə və iddialı rəqibdən xal qoparmaq üçün vuruşacağına şübhə yoxdusa, “Zirə”nin səfərdə büdrəmək istəməyəcəyi dəqiqdi. Təbii ki, hələ yenilənmiş komandaların nəyə qadir olduğu haqda dəqiq bilgilərə sahib deyilik. Lakin bu matçda “qartallar”ın daha şanslı olduğunu söyləmək üçün münəccim olmağa ehtiyac yoxdu. Yenə də qəsəbə təmsilçisi Kaxaber Sxadadzenin təcrübəsinə və “qırmızı-qaralar”ın döyüşkənliyinə hörmətlə yanaşmağa məcburdu.

Bu komandalar indiyə qədər 35 dəfə qarşılaşıb. Bunların 12-də “Qəbələ”, 8-də “Zirə” qalib gəlib, 15-də heç-heçə qeydə alınıb. Topların nisbətində “qırmızı-qaralar” öndədi – 40:33.

1. Sumqayıt 2 2 0 0 4-0 6
2. Karvan-Yevlax 2 1 1 0 4:3 4
3. Turan Tovuz 1 1 0 0 1-0 3
4. Neftçi 2 0 2 0 1-1 2
5. Araz-Naxçıvan 1 0 1 0 1-1 1
6. Qəbələ 1 0 1 0 1-1 1
7. Şamaxı 1 0 1 0 1-1 1
8. Zirə 1 0 1 0 1-1 1
9. İmişli 2 0 1 1 0-1 1
10. Sabah 0 0 0 0 0-0 0
11. Qarabağ 1 0 0 1 0-1 0
12. Kəpəz 2 0 0 2 2-6 0

KƏNAN BAHADIR

Избранный
148
1
football-plus.az

2Источники