RU

Dünya çempionatı: Daşdəmirov gümüş, Mustafayev bürünc qazanıb YENİLƏNİB

ain.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, bu gün yunan-Roma güləşində növbəti medalçılar müəyyənləşib.

Azərbaycan yığmasının iki təmsilçisi medal uğrunda yarışıb.

U-20 dünya çempionatı

Yunan-Roma güləşi

55 kq

Turan Daşdəmirov (55 kq) final görüşünə çıxıb. Onun rəqibi iranlı Payam Ahmadi Balutaki olub. 3:5 hesabı ilə uduzan Turan çempionatın gümüş medalına sahib çıxıb.

67 kq

Fəraim Mustafayev (67 kq) bürünc uğrunda Takaku Suzuki (Yaponiya) ilə qarşılaşıb. 5:4 hesabı ilə güclü olan güləşçimiz fəxri kürsüdə yer almağı bacarıb.

Qeyd edək ki, yunan-Roma güləş yığmamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl medal qazanıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
135
icma.az

1Источники