Azərbaycanın 3x3 basketbol yığması Dünya Qadın Seriyasının Səbail mərhələsində mübarizə aparıb.

Offsideplus.az xəbər verir ki, milli komandamız B qrupunda ilk görüşünü bu gün saat 18:30-da Çexiyaya qarşı keçirib və 17:15 hesabı ilə uduzub.

Ardınca milli saat 20:10-da Filippinlə üz-üzə gəlib. Qızlarımız bu qarşılaşmadan 21:14 hesablı qələbə ilə ayrılıb.

Qrupda ilk iki yeri tutan kollektivlər 1/4 finala vəsiqə qazanacaqlar

Qeyd edək ki, Bakıda keçirilən turnir avqustun 22-dən 24-dək davam edəcək.