RU

Tanınmış jurnalist yeni vəzifəyə təyin olundu

Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olunub.

Redaktor.az xəbər verir ki, o, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Media və Kommunikasiya Şöbəsinin Multimedia sektorunun müdiri vəzifəsinə gətirilib.

Günel Gözəlova bundan əvvəl Azərbaycan Dövlət Televiziyasında aparıcı-redaktor, "Lider TV və Azərbaycan Radiosu" MMC-də reportyor və aparıcı, "Gənclər" redaksiyasının baş redaktoru, "Lider Xəbər" Departamentinin rəis müavini və "Ana Xəbər"in aparıcısı kimi fəaliyyət göstərib.

O həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetində mətbuat katibi, "Azərpoçt" MMC-də İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Mətbuat Xidmətinin rəhbəri olub.

Sonrakı dövrlərdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun media və təhsil sahəsi üzrə vitse-prezidenti, MTV Azərbaycan telekanalının baş redaktoru vəzifələrində çalışıb. Onun son iş yeri isə Baku TV olub.

Избранный
41
18
redaktor.az

10Источники